"Qəbələ" APOEL üçün...

1 Oktyabr 2019 09:56 Qəbələ 529
"Qəbələ" APOEL üçün...

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Kiprə yollanıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində APOEL-lə qarşılaşacaq “qırmızı-qaralar” dünən Nikosiyaya çatıb.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda günün ikinci yarısında Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib.

Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.

Komanda bu gün oyunöncəsi son məşqinə çıxacaq. Tarixində 3-cü dəfə UEFA Gənclər Liqasında qüvvəsini sınayacaq “Qəbələ”nin APOEL-lə ilk oyunu sabah keçiriləcək. Nikosiyanın “Makarion” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti