"Qəbələ"yə yeni sponsor gəlir

30 Sentyabr 2019 10:52 Qəbələ 1 518
"Qəbələ"yə yeni sponsor gəlir

"Qəbələ" cari mövsümə öncəki illərdən xeyli aşağı büdcə ilə start verib.

Tale Heydərov artıq klub prezidenti deyil, o, postunu Fariz Nəcəfova təhvil verib.

Fəxri prezident olaraq kölgəyə çəkilən Heydərovun addımı ciddi səbəbə söykənir. Belə ki, ailəsinin nəzarətindəki "Gilan Holdinq"in maliyyə imkanları "qırmızı-qaralar"ı iddialı durumda saxlamağa kifayət etmir.

Hələlik vəziyyət belədir. Və yəqin ki, bir müddət belə davam edəcək. Bəli, bir müddət. Çünki artıq "Qəbələ"yə maraq göstərən şirkətlər var.

Onlardan biri də NTD-dir. Adıçəkilən şirkət 1990-cı ildə yaradılıb. NTD-in fəaliyyəti quru, hava və su (dəniz/okean) yolu ilə yüklərin daşınması, həmçinin maddi-texniki təminat üzrə ixtisaslaşıb.

NTD idman sahəsiylə yaxından əlaqə qurub. Şirkətin adını daşıyan komanda futzal üzrə ölkə çempionatının İkinci Liqasında mübarizə aparır. Vaxtilə AFFA-da Uşaq və Gənclər Yarışlarının Təşkili Departamentinin rəisi vəzifəsində çalışan Elxan Səmədov bu klubun yaradılmasının təşəbbüskarı, həm də oyunçusudur.

NTD şirkəti "Qəbələ"nin yeni sponsoru ola bilər.

Sportinfo.az-ın məlumatına görə, NTD «Qəbələ»yə 500 min manat ayıracaq. Göstərilən məbləğ qış fasiləsindən sonra komandanın güclənməsinə sərf olunacaq. Bu vəsaitə 3-4 legionerin alınması, həmçinin əcnəbi baş məşqçinin gətirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi