AFFA-nın baş katibi Elxan Məmmədov keçmiş müavini ilə barışıb.
Sportinfo.az-ın məlumatına görə, o, Elxan Əsədovla yenidən bir araya gəlib.
2012-ci ildə yolları ayrılan tərəflər aralarındakı incikliyə son qoyub.
Əsədov 2008-2012-ci illərdə baş katibin köməkçisi vəzifəsində çalışıb. Daha sonra Dövlət Bayrağı Meydanı İdarəsində sədr müavini işləyib. İki il qabaq isə Azərbaycan Mini-Futbol Federasiyasının sədri postuna gətirilib.
Bu barışığın nəticəsi olaraq Elxan Məmmədov keçmiş yardımçısını "Qəbələ"yə məsləhət görüb. Belə ki, AFFA 500 min manat vəsait ayırmağın qarşılığında Əsədovun əyalət klubunda vitse-prezident postuna təyin edilməsini şərt qoyub.

