"Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür" - FOTOLAR

29 Sentyabr 2019 09:14 Qəbələ 466
"Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür" - FOTOLAR

“Qəbələ” bu gün növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə görüşüb.

Komanda Qəbələ şəhər stadionundakı matça ötən turdakı start heyəti ilə başlayıb. Belə ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev “Səbail”lə səfər oyunundakı “11-liy”ə güvənib.

Qarşılaşmanın startı Merab Qiqaurinin ilk dəqiqədəki uzaq zərbəsi ilə diqqət çəkib. Lakin gürcüstanlının çərçivəyə gedən zərbəsi istənilən kimi alınmayıb. Üstünlüyə yiyələnən paytaxt təmsilçisi daha çox hücum etsə də, “Qəbələ”nin sürətli əks-həmlələri diqqət çəkib.

İlk 45 dəqiqədə Anar Nəzirovun qapısı önündə bir neçə təhlükəli epizod yaranıb. O, epizodların birində topu qapı xəttinin üzərindən qaytarıb. Ev sahibləri isə fasiləyədək uzaqdan zərbələrlə rəqib qapıçıya həyəcan yaşadıblar. Oyunun 39-cu dəqiqəsində zədələnən Rasim Ramaldanov matçı davam etdirə bilməyib. Onu Sadiq Quliyev əvəzləyib.

İkinci hissəyə “Qəbələ” nisbətən fəal başlayıb, ilk dəqiqələrdə bir neçə hücum təşkil edib. Lakin təşəbbüsü əldən verməyən “Neftçi” az keçməmiş hesabı açmağı bacarıb. Tural Axundovun uzaq zərbəsi qolla nəticələnib.

Elmar Baxşıyev əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışa da, hissənin ortalarında qonaqlar daha bir qol vurub. Rauf Əliyev fərqi artırıb. Matçın son dəqiqələrində isə Stiven Monroz qonaqların üçüncü qoluna imza atıb. Beləliklə, “Qəbələ” I dövrənin son ev oyunundan xalsız ayrılıb – 0:3.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadır. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi. Bunu ustalıq səviyyəsi ilə izah edərdim.

“Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı.

“Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq”.

“Qəbələ” – “Neftçi” 0:3

Qəbələ şəhər stadionu, 600 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Eyyub İbrahimov

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Merab Qiqauri, 16 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 48 (qeyri-idman hərəkəti); İviça Zuniç, 53 (qeyri-idman hərəkəti) // Emin Mahmudov, 14 (hakimin qərarına etiraz); Kiril Petrov, 66 (qeyri-idman hərəkəti)

Qollar: Tural Axundov, 59; Rauf Əliyev, 73, Stiven Monroz, 89

Artırılan vaxt: I hissədə 6 dəq; II hissədə 3 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

5. Rasim Ramaldanov

(4. Sadiq Quliyev, 40)

7. Roman Hüseynov

14. Ülvi İsgəndərov

(11. Asif Məmmədov, 66)

9. Davit Volkov

3. İviça Zuniç

77. Merab Qiqauri

21. Fernan Lopez

(13. Kristian Kuaku, 76)

19. Rövlan Muradov

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

74. Yusif Nəbiyev

28. Murad Musayev

10. Klesio Bauk

20. Faiq Hacıyev

22. Rüstəm Nuriyev

15. Vüsal Məsimov

Baş məşqçi: Zaur Həşimov

“Neftçi”

1. Səlahət Ağayev

7. Namiq Ələsgərov

(28. Stiven Monroz, 73)

8. Emin Mahmudov (k)

18. Tural Axundov

25. Kiril Petrov

93. Soni Mustivar

10. Dario Frederiko

(11. Evangelos Platellas, 86)

9. Baqali Dabo

(19. Rauf Əliyev, 72)

36. Mamadu Kane

6. Voyislav Stankoviç

26. Ömər Buludov

Ehtiyat oyunçular:

30. Aqil Məmmədov

12. Kamran İbrahimov

17. Rəhman Hacıyev

3. Mamadu Mbodj

5. Anton Krivotsyuk

33. Turan Vəlizadə

80. İsmayıl Zülfüqarlı

Baş məşqçi: Roberto Bordin

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti