Davit Volkov: "Neftçi" yaxşı komandadır, bəxti gətirmədi"

27 Sentyabr 2019 17:25 Qəbələ 455
Davit Volkov: "Neftçi" yaxşı komandadır, bəxti gətirmədi"

"Qəbələ"nin yarımmüdafiəçisi Davit Volkov Sportinfo.az-a müsahibə verib. Gürcü legoner əvvəlcə komandasının son 2 oyununu dəyərləndirib:

- "Qəbələ" yaxşı oynamağa başlayıb. Ümid edirəm ki, komandamız mövsümboyu bu cür inamlı təsir bağışlayacaq.

- Növbəti turdakı rəqibiniz “Neftçi”dir. “Qəbələ”ni bu oyuna tam hazır hesab etmək olar?
-
Əlbəttə, hazırıq. Komandamız bütün rəqiblərlə oynamağa hazırdır. Həmçinin də “Neftçi” ilə.

- "Neftçi” ilə oyunda əsas məqsədiniz nə olacaq, qələbə, yoxsa 1 xal?
- Bu futboldur, öncədən hansı nəticənin olacağı bilinmir. Hansı komanda yaxşı oynayırsa, qalib gəlir.

- Sabahkı rəqibinizin cari mövsüm çempionluğa oynayacağı gözlənilsə də, hazırda altıncı pillədə qərarlaşıblar.
- "Neftçi” yaxşı komandadır. Amma onların bəzi oyunlarda bəxtləri gətirmədi. Çempionat yeni start götürüb. Hələ heç nə bəlli deyil.

Elmar Baxşıyevin gəlişindən sonra komandada nə dəyişib?
- Xüsusi bir şey yoxdur. Elmar Baxşıyev yaxşı insandır, o da futbolu yaxşı bilir.

- "Qəbələ” mövsümün əvvəlində strategiyanı dəyişdi. Bu səbəbdən əksər təcrübəli futbolçular komandanı tərk etdi.
- İndi hər şey yaxşıdır. Keçmiş haqda danışmağa ehtiyac yoxdur. Komandamız avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilər.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"