"Qəbələ"nin nəyə görə uğursuz çıxış etdiyini bilmirəm"

26 Sentyabr 2019 12:52 Qəbələ 442
"Qəbələ"nin nəyə görə uğursuz çıxış etdiyini bilmirəm"

"Yeni klubumla iki illik müqavilə imzalamışam. Ona görə Azərbaycandan təklif olsa da, indi qayıda bilmərəm. Üstəlik mənim indi Azərbaycan klublarından təklifim də yoxdur. Amma "Qəbələ"nin çıxışını indi də izləyirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında İsrailin "Sektzia Nes Tziona" klubunun futbolçusu Sabien Lilay deyib.

Ötən mövsümü "Qəbələ"də keçirmiş albaniyalı oyunçu sabiq komandasının bu mövsümdəki çıxışı barədə danışıb. Onun fikirlərinə görə yeni qurulmuş komandanın yaxşı nəticə verməsi üçün zamana ehtiyacı var:

"Qəbələ"nin bu mövsümdən daha çox yerli, gənc uşaqlarla oynadığını bilirəm. Bu komanda üçün yalnız ən yaxşısını arzu edirəm. Ümidvaram ki, “Qəbələ” bu mövsümdə də yaxşı nəticələr qazanar. Komandanın cari mövsüm nəyə görə uğursuz çıxış etdiyini bilmirəm. Sadəcə onu deyə bilərəm ki, komandada çox futbolçu dəyişikliyi oldu. Yeni komanda yaratmaq və onun özünü “tutması” üçün zaman lazımdır. Müəyyən zaman keçdikdən sonra hər şeyin daha yaxşı olacağını düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti