"Qəbələ"nin kapitanı: "Neftçi"yə problem yarada bilərik"

24 Sentyabr 2019 12:10 Qəbələ 341
"Qəbələ"nin kapitanı: "Neftçi"yə problem yarada bilərik"

“Bizim sadəcə özümüzə inamımız artıb. Qarşıda hələ çox çətin oyunlar var. Hər oyunda döyüşməliyik, əlimizdən gələnin ən yaxşısını etməliyik ki, xal və xallar qazanaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Anar Nəzirov deyib.

Premyer Liqada son iki turda dörd xal qazanan Nəzirovun komandası hazırda turnir cədvəlinin 7-ci pilləsindədir. Qolkiper son turda “Səbail”lə qarşılaşmadakı komandasının çıxışını da şərh edib: “Səbail” çempionatın ikinci pilləsindədir. Bu da təsadüfi deyildi. Onların yaxşı futbolçuları var. Bu oyunda bizim üçün sevindirici məqam, son dəqiqəyə kimi istəkli olmağımız idi. Üç xal qazansaq lap əla olardı. Amma “Səbail”dən səfərdə bir xal qazanmaq da asan iş deyildi. Elmar Baxşıyev çoxdandır ki, “Qəbələ”də çalışır. Hamını yaxşı tanıyır, əsas üstünlüyü də budur.

Həm Elmar müəllim, həm də Zaur müəllim çalışır ki, “Qəbələ”yə maksimum kömək etsinlər. Nəticələr də getdikcə düzələcək. Çünki heyətə baxanda akademiya uşaqları çoxluq təşkil edir, indiki vaxtda nəticədən çox oyunun və uşaqların inkişafından danışmaq lazımdır”.

Anar Nəzirov sonda Premyer Liqanın 6-cı turu çərçivəsində qarşılaşacaqları “Neftçi” oyunu barədə fikirlərini bildirib: “Neftçi” oyun baxımından yox sadəcə nəticə baxımından əziyyət çəkir. Yoxsa, belədə onlar hər oyun yaxşı oynayırlar. Bu cür nəticələrdən sonra onlar bizimlə oyuna çox istəkli çıxacaq. Çünki “Neftçi” çempionluğa oynayır. Amma biz son iki oyundakı əzmkarlığı, istəyi göstərə bilsək “Neftçi”yə başağrısı ola bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda