Zuniç: "Neftçi" ilə oyunda ilk ev qələbəmizi qazanmaq istəyirik" - MÜSAHİBƏ

23 Sentyabr 2019 14:32 Qəbələ 381
Zuniç: "Neftçi" ilə oyunda ilk ev qələbəmizi qazanmaq istəyirik" - MÜSAHİBƏ

"Qəbələ"nin müdafiəçisi İvitsa Zuniç Sportinfo.az-a müsahibə verib:

- "Qəbələ” son turda “Səbail”lə qarşılaşdı və səfər oyununda bir xal qazandı.

- Son görüşümüz çətin keçdi. Məncə, yaxşı oyun göstərdik. Təəssüf ki, qalib gələ bilmədik. Unutmaq lazım deyil ki, “Səbail” də yaxşı komandadır.

- Qalib gəlməyinizə nə mane oldu? Yoxsa, sizi elə bir xal da razı salırdı?
- Məncə, “Səbail”ə səfərdə qalib gələ bilərdik. Amma qol buraxdıq və qələbəni əldən verdik. Heç nə olmaz, əsas odur ki, oyunu xalsız başa vurmadıq. Qarşıdakı matçlara köklənəcəyik.

- "Səbail”in hücumçusu Mirabdulla Abbasov fərqlənərkən müdafiədə səhv etdiniz. Rəqib hücumçunun qarşısını ala bilmədiniz?
- Əslində buraxdığımız qola kimi müdafiədə yaxşı oynayırdıq. Amma “Səbail”in qolu ani baş verdi. Rəqibin futbolçularına reaksiya verə bilmədik. Ona görə də qol buraxdıq.

- Son iki oyundan dörd xalla ayrılmısınız. Çıxışınızı necə dəyərləndirirsən?
- İki oyuna dörd xal yaxşı nəticədir və bu cür də davam etmək lazımdır. Xallar qazanmalıyıq.

- Baş məşqçi dəyişikliyindən sonra “Qəbələ” uğurlu çıxış etməyə başlayıb. Elmar Baxşıyev komandada nəyi dəyişib?
- İndi daha yaxşı oynayırıq. Xallar toplamağa başlamışıq. Baş məşqçi və futbolçular arasında yaxşı anlaşma var. Komanda toparlandı və daha uğurlu çıxış etməyə başladı.

- Son turlardakı uğurlu çıxışınıza baxmayaraq, hələ də turnir cədvəlində 7-ci yeri tutursuz. Bu vəziyyətdən çıxa biləcəksiniz?
- Hələ indi-indi xallar toplamağa başlamışıq. Hazırkı mövqeyimiz bizi razı sala bilməz. Turnir cədvəlində irəliləməyə çalışacağıq.

- Növbətii turda rəqibiniz “Neftçi”dir. Evdə bu komandanı məğlub edə bilərsiniz?
- Qəbələdə “Neftçi”yə qarşı oyun maraqlı olacaq. Bu mövsüm doğma meydanda qalib gəlməmişik. Əlimizdən gələni edəcəyik ki, ilk dəfə evdə qalib gələk.

- "Neftçi” çempionluq uğrunda mübarizə aparsa da, onların hazırkı durumu elə də yaxşı deyil...
- "Neftçi” hər zaman güclü komanda olub. Məncə, onlar indi də yaxşı oyun nümayiş etdirirlər. Sadəcə son vaxtlar qələbə qazana bilmirlər. Təbii ki, bizimlə oyunda qalib gəlmək istəyəcəklər. Biz də evdə ilk qələbəmizi qazanmaq üçün bacardığımızı edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!