Premyer Liqada 100-cü dəfə şans qazanan kimdir?

26 May 2023 02:40 Qəbələ 459
Premyer Liqada 100-cü dəfə şans qazanan kimdir?

“Qəbələ”nin futbolçusu Rövlan Muradov Premyer Liqada 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi 35-ci turun “Şamaxı” ilə matçına təsadüf edib.

Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudur.

“Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti