Geri dönən "Qəbələ"linin qorxusu nədəndir? -AÇIQLAMA

23 Noyabr 2022 19:40 Qəbələ 391
Geri dönən "Qəbələ"linin qorxusu nədəndir? -AÇIQLAMA

“6 aylıq aradan sonra qayıtmaq çox çətin idi”.

Bunu uzunmüddətli zədədən sonra ölkə kubokunun 1/8 final mərhələsinin “Araz Naxçıvan”la baş tutan görüşündə yaşıl meydanlara qayıdan “Qəbələ”nin müdafiəçisi Urfan Abbasov Sportinfo.az-a açıqlamasında deyib.

kapitan hələ də özündə zədə qorxusu qaldığını etiraf edib:

“Komanda ilə hazırlığa təxminən 10 gündü başlamışam. Hələ də məşqlərdə ehtiyat edirəm.

"Araz Naxşıvan"la oyunu meydanda olmaqda məqsədim özümə inamı geri qaytarmaq idi. Çalışıram daha möhkəm olum və qorxunu üzərimdən atım”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU