"Yeni transferin bizə tez qoşulmasını gözləyirik"

22 Yanvar 2022 00:30 Qəbələ 520
"Yeni transferin bizə tez qoşulmasını gözləyirik"

"Düşündüyümüz plan üzrə ikinci oyunumuz oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Şimali Makedoniyadan "Borats"a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri bütün komandanın oyun yükünü hiss etməsidir:

"Xətlərarası əlaqəni getdikcə daha da yaxşılaşdıracağıq. İki oyun arasında fərqi hiss etdik. Komanda gündən-günə daha artığını edəcək və yaxşı formada olmağa çalışacaq".

O, komandasının hazırlıq prosesini də dəyərləndirib: "Ümumi götürsək, komanda 10 gündür bir yerdədir. Bu, az müddətdir.

İlk turlarda 80-90 faiz optimal formaya yaxın olacağıq. İstəyərdik ki, geniş heyətimiz olsun. Amma hər şeyi nəzərə almalıyıq.

Yeni transfer Patrik Robsonun bizə tez qoşulmasını gözləyirik. Düşünürəm ki, çempionatda ağır da olsa, boşluğu aradan qaldıra biləcək gücdəyik.

Komandadan meydançada istədiklərimizi görmək istəyirəm. Əsas onların yanaşması düzgün olmalıdır.

Sevindiricidir ki, bütün futbolçular səylə çalışırlar. Mövsüm üçün hədəf qoymamışıq. Qarşıdakı görüşü fikirləşirik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!