"Bizə xahişlə müraciət etdi ki, onu “Qəbələ”yə icarəyə verək"

12 Yanvar 2022 13:40 Qəbələ 1 061
"Bizə xahişlə müraciət etdi ki, onu “Qəbələ”yə icarəyə verək"

“Qəbələ”nin heyətinə qatdığı Patrik Robsonun keçidinin gerçəkləşməsi ilə bağlı detallar bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu braziliyalı hücumçunun müqavilə ilə məxsus olduğu “Admira”nın idman direktoru Marsel Ketelar açıqlayıb.

O bildirib ki, 24 yaşlı forvard klub rəhbərliyinə müraciət edib: “Futbolçu bizə xahişlə müraciət etdi. O, icarəyə verilməsini istəyirdi. Biz də onun xahişini yerinə yetirdik”.

24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb.

2020/21 mövsümündə “Horn”da (30 matçda 6 dəə fərqlənib) çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib. O, cari mövsümdə cəmi 2 oyuna çıxıb və qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti