"Kənardan asan görünə bilər, amma..." - “Qəbələ”dən AÇIQLAMA

8 Dekabr 2021 19:00 Qəbələ 1 188
"Kənardan asan görünə bilər, amma..." - “Qəbələ”dən AÇIQLAMA

“Zirə” ilə oyundan sonra komandaya istirahət vermişdik. Bu gün həftəiçi ilk məşqə çıxdıq”.

Bu sözləri Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşacaq “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında dilə gətirib.

Azərbaycan Premyer Liqasının cari mövsümündə yaxşı mənada təəccübləndirməkdə davam edən bölgə təmsilçisini Bakıda “asan gəzinti” gözləyir.

Hətta bəziləri bunu “Neftçi”ylə çətin çempionat matçı öncəsi intensiv məşq də adlandırır. 41 yaşlı çalışdırıcı oyuna rəqib adına baxmadan hazırlaşdıqlarını bildirirb:

“Söhbət kubok qarşılaşmasından gedirsə, burda asan rəqib anlayışı ola bilməz.

Bir də ki, komandanı oyunlara rəqibin adına görə yox, öz oyunumuza uyğun hazırlayırıq. Kənardan asan görünə bilər, amma çətin oyun olacağını deyə bilərəm”.

Maraqlıdır, məlum matç öncəsi “qırmızı-qaralar”ın heyətində itki(lər) varmı? Hansısa futbolçu(lar) xəstəlik və ya zədə səbəbindən kənarda qalmayacaq ki?

Elmar bəy rəqibin gücünü nəzərə alıb aparıcı oyunçuları qorumaq haqda düşünürmü?:

“Oyuna tam tərkibdə hazırlaşırıq. Şükürlər olsun, xəstə və zədəli futbolçularımız yoxdur. Rotasiyalara gəlincə, sabahkı məşqdən sonra ümumi duruma baxacağıq. Hansı futbolçular daha hazırlıqlı görünəcəksə, onlara şans verəcəyik”.

MOİK – “Qəbələ” görüşü dekabrın 10-da “Dalğa Arena”da keçiriləcək ki, start fiti saat 17.00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti