“Qarabağ” imkan vermirdi ki... Bundan özümüz də zövq aldıq”

2 Dekabr 2021 16:40 Qəbələ 648
“Qarabağ” imkan vermirdi ki... Bundan özümüz də zövq aldıq”

“Çox çətin, gərgin, eyni zamanda maraqlı oyun oldu”.

Bunu “Qəbələ” - “Qarabağ” qarşılaşması (0:0) haqda meydan sahiblərinin legioneri İsnik Alimi Sportinfo.az-a açıqlamasında deyib.

Oyunda hesab açılmasa da, 90 dəqiqə ərzindəki gərginlik həqiqətən möhtəşəm idi. Ən maraqlısı isə, hər iki komandanın bir neçə epizodda qələbə topunu vurmağa yaxın olmasıydı.

“Qırmızı-qaralar”ın heyətində bütün matçların iştirakçısı olmaqla aktivinə 4 qol yazdıran makedoniyalı yarımmüdafiəçi oyundan həzz aldığını bildirib:

“Hər iki komanda istəyinə çatmaq üçün ilk dəqiqələrdən sona qədər mübarizə apardı. Rəqibin gücü haqda danışmağa gərək yoxdur, hər kəs bilir.

Bu cür oyunlarda qollar çatışmasa da, fikrimcə, azarkeşlər meydandakı gərginlikdən zövq almağı bacardı. Elə biz özümüz də.

Düzdür, indi bir az yorğunam, amma oyun vaxtı yorğunluğun nə olduğunu bilmirsən. Yaxşı nəticə qazanmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışdım”.

Qeydə alınan qolsuz bərabərlikdən sonra lider “Qarabağ” xalların sayını 27-yə çatdırıb. “Qəbələ” 3-cü pillədə yer alıb ki, aktivində 22 xal var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti