“Qəbələ” yaxşı pul və “Qarabağ”ı udun, daha çox verək“ vədi aldı

29 Noyabr 2021 13:00 Qəbələ 940
“Qəbələ” yaxşı pul və “Qarabağ”ı udun, daha çox verək“ vədi aldı

Bu gün Azərbaycan Premyer Liqasında XII tur başa çatacaq.

Turun son günündə qış çempionu müəyyənləşə bilər.

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. Elmar Baxşıyevin komandası liderdən 3 xal almaq və bununla da birgünlük fasilədən sonra ikinci pilləyə qayıtmaq üçün mübarizə aparacaq.

İzləyiciləri ilə böyük xal fərqinə malik olan Qurban Qurbanovun drujinası qış fasiləsinə iki tur qalmış zirvədəki yerini təmin etmək imkanı qazanıb.

Bunun üçün ağdamlılara qələbə lazımdır. Qazanılacaq 3 xal “Qarabağ”ı qış çempionu edəcək.

Ev sahibləri “köhlən atlılar“la görüşə ikiqat motivasiya ilə çıxmaq üçün stimul əldə edib. Bölgə təmsilçisi ötən tur “Sumqayıt“ üzərində qazanılan 2:1 hesablı qələbəyə görə futbolçularına 1200 manat mükafat ödəyib.

Düzdür, komanda üzvləri hərəyə 2000 manat istəyib, amma rəsmilər bildiriblər ki, bu tur 3 xal alsalar, daha yüksək mükafat alacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti