“Məncə, “Qarabağ”dan xal ala bilərik"

27 Noyabr 2021 21:20 Qəbələ 1 136
“Məncə, “Qarabağ”dan xal ala bilərik"

"Qarabağ"ın gücü, təbii ki, fərqlidir, amma onlarla oynayacağıq deyə, komandada mənfi ab-hava yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev deyib.

Azərbaycan Premyer Liqasında XII tura sabah yekun vurulacaq. Turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək.

“Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Qəbələ şəhər stadionundakı matç turnir cədvəlinin üst sıralarını yaxından maraqlandırır.

Ağdamlılar "Qəbələ" üçün heç də münasib rəqib deyil. Görəsən, Mehbalıyev bu haqqda nə düşünür? Onu dinləyək:

"Sumqayıt" üzərində qazandığımız qələbədən (2:1) sonra motivasiyamız yüksəkdir.

Digər rəqiblərləı olduğu kimi, çalışacağıq ki, "Qarabağ"a qarşı da layiqli mübarizə aparaq. Məncə, xal ala bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız