
Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir legionerlə ortaq məxrəcə gəlib.
Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi Stefan Vukçeviçlə yeni anlaşma əldə edib.
Ötən ilin avqustunda ölkəmizə gələn monteneqrolu yarımmüdafiəçi daha 1 il qırmızı-qara formanı getinəcək.
Karyerasına 2013-cü ildə başlayan Vukçeviç “Qəbələ”yə gələnədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub.
Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib.
“Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş yarımmüdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.