“Elə bir mövqe yoxdur ki, mən ora yeni transfer istəməyim”

22 İyul 2021 15:00 Qəbələ 838
“Elə bir mövqe yoxdur ki, mən ora yeni transfer istəməyim”

“Elə bir mövqe yoxdur ki, mən ora yeni transfer istəməyim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət təmsilçisinin çalışdırıcısı bildirib ki, yeni legionerlərin yolunu gözləyir:

“Artıq qapıçı problemini həll etmişik. “Sabah”dan Nicat Mehbalıyevi icarəyə götürəndən sonra İsspaniyadan Kristof Atanqananı gətirmişik.

Yaxın genlərdə 5-6 legioner də bura gəlməlidir. Yerli oyunçu tapmaqda çətinlik çəkirik.

Maliyyə şərtlərimiz yüksək olmadığından, seçim imkanımız çox zəifdir. Əgər tapa bilsək, 1-2 yerli futbolçu da götürərik. Indi real olan legionerlərin transferidir.

O gün “Zirə” ilə yoxlama oyunu keçirdik, görün, nə çətinlik çəkdik. 11-12 nəfəri güclə düzəltdik. Qalan boşluğu akademiyadan çağırdığımız yeniyetmə və gənclərin hesabına doldurduq.

Legionerlər yerlilərdən ucuz başa gəlir. Onlar olmasa, növbəti çemionata hazırlaşa bilmərik”.

Digər Xəbərlər
Xəbər Lenti