"Daha çox inkişaf etmək istəyirəm" - "Qəbələ"nin yeni transferi

7 İyul 2021 22:20 Qəbələ 1 104
"Daha çox inkişaf etmək istəyirəm" - "Qəbələ"nin yeni transferi

"Baş məşqçimiz Ramin müəllim və menecerim Vaqif Heydərlinin məsləhəti ilə "Qəbələ"yə keçdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yeni transferi Nicat Mehbalıyev deyib.

İstedadlı qapıçı bölgə klubundakı hədəflərini açıqlayıb: "Ötən mövsüm "Sabah"da debüt etdim. "Qəbələ"dən qapıçıların ayrılmasından sonra klubuma təklif gəldi.

Məsləhətləşmələrdən sonra bir illik icarəyə gəldim. Özüm də bu keçiddə maraqlı idim. Şükürlər olsun ki, alındı.

Yeni mövsüm ilk öncə Elmar müəllimin inamını qazanıb, əsas heyətdə oynamağa çalışacam. Qapıçı kimi daha çox inkişaf etmək istəyirəm. Bundan sonra əsas istəklərimdən biri Azərbaycan milli komandanısının heyətinə düşməkdir".

Gənc futbolçu "Sabah" rəhbərliyinə təşəkkür etməyi də unutmayıb: "Sabah" rəhbərliyi keçidim baş tutmasında heç bir problem yaratmadığı üçün təşəkkür edirəm".

Azərbaycanın U-21 millisinin də şərəfini qoruyan 20 yaşlı qapıçı son mövsüm "Sabah"ın heyətində 2 oyunda şans qazanıb. O, qarşıdakı 1 ili icarə əsasında "Qəbələ"də keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti