“Səbail”də qalmadı, “Qəbələ” Məqsədinə çatdı

18 İyun 2021 16:40 Qəbələ 575
“Səbail”də qalmadı, “Qəbələ” Məqsədinə çatdı

"Səbail"in futbolçusu Məqsəd İsayev “Qəbələ”yə keçib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi müqavilə müddəti sona çatdığı paytaxt təmsilçisi ilə vidalaşıb.

O, ötən mövsüm “Səbail”də 20 oyun keçirib. Məqsəd “qırmızı-qaralar”la iki illik müqavilə imzalayıb. Daha öncə Urfan Abbasov da “Səbail”dən ayrılaraq “Qəbələ”yə keçib.

Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.

O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.

Məqsəd 2010-17-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyub. O, U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. Müdafiəçi U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti