"Mən "Qəbələ"də olduğum müddətdə sonadək…"

26 Aprel 2021 09:20 Qəbələ 784
"Mən "Qəbələ"də olduğum müddətdə sonadək…"

Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Turun ilk görüşü Qəbələdə baş tutub.

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib.

Ehtiram Şahverdiyev, Ceyms Adeniyi və Merab Qiqauri ilk “11-liy”ə qayıdıb. Onlar Kamal Mirzəyev, Yurgen Qoxa və Rövlan Muradovu əvəzləyib.

Matçın ilk dəqiqəsində Ehtiram Şahverdiyevin cərimə meydanı xaricindən zərbəsi təhlükəli alınıb. Lakin topu qapıçı dəf edə bilib. İlk yarıda daha fəal olan qonaqlar üstünlüyə yiyələnib, topa daha çox nəzarət edib.

Lakin “qırmızı-qaralar” müdafiədə etibarlı oyun göstərib. Anar Nəzirov da bir neçə epizodda komandanı qoldan xilas edib. “Qəbələ” də hesabı açmaq üçün imkanlar qazanıb.

Merab Qiqaurinin uzaq zərbəsi istənilən kimi alınmayıbsa, Asif Məmmədovun cinah ötürməsindən sonra Rafael Utriq başla çərçivəyə düşməyib. Hissənin sonlarında Ceyms Adeniyi cərimə meydanı daxilindən qapını nişan alsa da, qolkiper topu dəf edə bilib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. “Qırmızı-qaralar” hissənin əvvəlində künc zərbəsindən sonra qola yaxın olub.

Murad Musayevin zərbəsindən sonra top dirəyin yanından keçib. Az sonra Stefan Vukçeviçin zərbəsi yaddaqalan alınıb. Matçın taleyi ikinci hissənin ortalarında həll olunub.

“Qarabağ” 5 dəqiqəyə iki qol vurub. Bu qollardan sonra “qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışsa da, rəqib qapısına yol tapa bilməyib.

Qonaqlar isə görüşün sonlarında daha üç qola imza ataraq fərqi 5 topa çatdırıb. Beləliklə, “Qəbələ” “Qarabağ”la ev oyununda 0:5 hesabı ilə uduzub.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində itkilər olsa da, “Qarabağ” güclü komandadır. Bunu dərk edirdik və futbolçuları çətin, ağır matça hazırlayırdıq. Komanda görüşün 60-cı dəqiqəsinə qədər verilən tapşırıqları yerinə yetirdi. Amma ardıcıl buraxılan qollardan sonra toparlana bilmədik. Kollektivimiz möhkəmdir, sağlamdır. Bu oyundan sonra toparlana biləcəyik. Komandada motivasiya var idi. İlk yarıda rəqibdən daha çox epizod yaratdıq, amma dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Adi epizodda qol buraxanda toparlanmaq çətin olur. Futbolda səhvlər olur. Mən də, qapıçı da səhv edə bilər. Anar Nəzirova inanıram, 1 nömrəli qapıçımızdır. Komanda oyun başlayanda da layiqli müqavimət göstərdi. Ardıcıl iki epizoddan sonra çətinlik çəkdik”.

“Qəbələ” – “Qarabağ” 0:5

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Rüfət Əhmədov, 52 (qeyri-idman hərəkəti) // İsmayıl İbrahimli, 33 (qeyri-idman hərəkəti)

Qollar: Xayme Romero, 64; Qara Qarayev, 68; Mahir Emreli, 88, 89, 90

Qolla nəticələnməyən penalti: Mahir Emreli, 90+4

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

(55. İdris İnqilablı, 75)

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

(74. Yusif Nəbiyev, 79)

26. Stefan Vukçeviç

(14. Cavid Hüseynov, 84)

2. Vinko Medimoreç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

6. Kamal Mirzəyev

13. Yurgen Qoxa

17. Yaovi Akakpo

10. Rövlan Muradov

Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”

12. Emil Balayev

5. Maksim Medvedev (k)

2. Qara Qarayev

4. Rahil Məmmədov

10. Abdullah Zubir

7. Kvabena Ovusu

(11. Mahir Emreli, 71)

8. Uroş Matiç

(9. Xayme Romero, 54)

81. Kevin Medina

18. İsmayıl İbrahimli

44. Elvin Cəfərquliyev

(30. Abbas Hüseynov, 77)

27. Toral Bayramov

Ehtiyat oyunçular:

1. Şahruddin Məhəmmədəliyev

94. Ayhan Arazlı

66. Cavid Bayramov

21. Rauf Hüseynli

29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti