"Bu rayona Premyer Liqa yaraşır" - Elmar Baxşıyev

25 Yanvar 17:00 Qəbələ 636
"Bu rayona Premyer Liqa yaraşır" - Elmar Baxşıyev

“Oyunun çətin keçəcəyini bilirdik. Kubokda 1/8 final mərhələsi bir matçdan ibarətdir. Ona görə də komandanı ağır və çətin səfər matçına kökləmişdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a qalib gəldikləri oyundan sonra (2:0) mətbuat konfransında deyib.

O, Tovuza yenidən futbol üçün getdikləri üçün sevinci olduğunu bildirib: "Bizlərə bir az nostalji hissləri yaşatdı. Tovuz komandası bizə çətinliklər yaratdı. Çətin qələbə qazandıq. Soyunub-geyinmə otağında da futbolçularımızın yorulduğu hiss olunurdu. Rəqib hərəkətli komandadır, meydanda çox qaçırdı. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin. İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.

Xəbər Lenti