Dördüncü dəfə dördüncü və ya yenə sonuncu

1 Dekabr 2020 18:00 Qarabağ 497
Dördüncü dəfə dördüncü və ya yenə sonuncu

“Qarabağ”ın Avropa Liqasının qrupundakı mövqeyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi İ qrupunda sonuncu yeri tutub.

Bu, IV turun “Sivasspor”la görüşündən sonra rəsmiləşib. 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Bunadək İsrail “Makkabi”sinə 0:1, İspaniya “Vilyarreal” 1:3, “Sivasspor”a 0:2 hesabı ilə yenilən “Qarabağ” üçün son iki görüş formal xarakter daşıyacaq.

Komandamız hər iki matçda qalib gəlsə də, son pillədən qurtulmayacaq. Xalı olmayan “Qarabağ” 3-cü sıradakı Sivas təmsilçisindən 6 xal geridədir və şəxsi oyunlarda da rəqibinə uduzur. 10 xallı “Vilyarreal”la, 7 xala malik “Makkabi” isə artıq əlçatmazdır.

Qrup sonunculuğu rəsmiləşən Ağdam klubu tarixində 7-ci dəfə qatıldığı əsas raundda 4-cü dəfə 4-cü olub. “Qarabağ” yalnız üç dəfə qrup sonuncusu olmayıb.

“Qarabağ”ın qrupda tutduğu yer

mövsüm

turnir

yer

2014/15

AL

III

2015/16

AL

IV

2016/17

AL

III

2017/18

ÇL

IV

2018/19

AL

IV

2019/20

AL

III

2020/21

AL

IV

Digər Xəbərlər
Xəbər Lenti