“Qarabağ”la oyunda 8 oyunçudan yararlana bilməyəcək

21 Noyabr 2020 09:20 Qarabağ 847
“Qarabağ”la oyunda 8 oyunçudan yararlana bilməyəcək

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Türkiyənin “Sivasspor” klubu ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu gün Super Liqanın IX turunda “Fatih Karagümrük”lə qarşılaşacaq “igidlər” 8 futbolçunun xidmətindən məhrum qalıb.

Klubun 5 üzvü koronavirus infeksiyasından əziyyət çəkirsə, 3 nəfər zədəlidir. Konkret olaraq qabonlu müdafiəçi Aaron Appindanqoye, ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və ispaniyalı hücumçu Jorje Feliksin zədəsi davam edir.

Koronavirusa yoluxan oyunçulardan yalnız birinin adı açıqlanıb ki, bu da qapıçı Muammer Yıldırımdır.

Baş məşqçi Rıza Çalımbay həm “Fatih Karagümrük”lə, həm də “Qarabağ”la Avropa Liqasının IV tur oyununda 8 oyunçusunun xidmətindən yararlana bilməyəcək.

“Qarabağ” – “Sivasspor” görüşü noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı