"Qarabağ" bilsin - koronavirusa yoluxan futbolçuların sayı 4-ə çatdı

20 Noyabr 2020 19:20 Qarabağ 471
"Qarabağ" bilsin - koronavirusa yoluxan futbolçuların sayı 4-ə çatdı

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən olan "Sivasspor"un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bununla da infeksiyaya yoluxanların futbolçuların sayı 4-ə çatıb.

Onlardan 2-si əsas heyət üzvüdür. İndiyədək yoluxanların heç birinin adı açıqlanmayıb.

Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük"ün qonağı olacaq.

Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq.

İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti