"Əgər komandada qardaşım kimi böyük oyunçular varsa…"

27 Oktyabr 2020 12:30 Qarabağ 708
"Əgər komandada qardaşım kimi böyük oyunçular varsa…"

"Açığı, əsas heyətdə cəmi 2 matça çıxdım, ən çox ikinci komandada oynadım".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Uroş Matiç karyerasının Portuqaliya dönəmini yada salıb.

Serbiyalı legioner 2003-cü ildə qardaşı Nemanya Matiçlə birgə "Benfika" ilə müqavilə bağlasa da, sonradan o, "Mançester Yunayted"ə keçdi, özü isə Portuqaliya klubunda möhkəmlənə bilmədi:

"Əsas heyətdəki futbolçuların adlarına baxsaz, hazırda onların hansı böyük klublarda oynadıqlarını görərsiz. Bernardu Silva, Joau Kanselu, Yan Oblak, Nelson Semedu və Andre Qomeş kimi çoxlu istedadlı oyunçu var idi.

Sağ cinah müdafiəçisi mövqeyi uğrunda Kanselu və Semedu mübarizə aparır, onlardan biri ehtiyatda qalırdı. Görünür, əsas heyətə düşməyim üçün uyğun vaxt deyildi.

Qardaşım da əsas heyət uğrunda mübarizə aparırdı. O, hazırda "Mançester Yunayted"dədir. Nəyə görə "Benfika"da uğur qazana bilmədim? Əsas komandada Uitsell, Aymar və qardaşım kimi böyük oyunçular varsa, bu, çətin işdir.

Mən "Benfika"ya Slovakiyadan – 4 il formasını geyindiyim "Koşitse"dən getmişdim. Slovakiya liqasına hörmətlə deyə bilərəm ki, səviyyə o deyil.

Böyük oyunçulardan nə götürdüm? Onlar məni dinlədi, çünki 3 yaş gənc idilər. Ona görə də indi böyük klublardadırlar (gülür). Onlara öz təcrübəmlə yaxşı şeylər öyrətməyə çalışdım. Ciddi olsaq, onlarda təbii bacarıqlar var idi və buna görə bu cür yerdədirlər".

Digər Xəbərlər
Xəbər Lenti