Qurbanov onu nəzarətə götürsün – GİZLİ "SİLAH"

26 Oktyabr 2020 20:00 Qarabağ 1 772
Qurbanov onu nəzarətə götürsün – GİZLİ "SİLAH"

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Vilyarreal” heyətində dəyişikliklərə əl atacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Unay Emeri La Liqanın VII turunda “Kadis”lə səfər matçında iştirak edən bəzi oyunçulara istirahət verməyi planlaşdırır.

Təcrübəli mütəxəssis 0:0 hesabı ilə nəticələnən dünənki qarşılaşmanın son yarım saatında meydanda olan Samuel Çukvuezeyə Azərbaycan çempionu ilə görüşdə ilk dəqiqələrdən şans verəcək.

“Kadis”lə oyunda nigeriyalı vingerin çıxışından məmnun qalan Emerinin İstanbuldakı matçda əsas silahı məhz Çukvueze olacaq.

Yerli KİV-in yazdığına əsasən, getdikcə yüksəlişdə olan 21 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmadakı performansı La Liqa görüşlərində də yenidən start heyətinə yolunu açacaq.

Oktyabrın 29-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu