"Qurban Qurbanovun bu qərarı mənim üçün anlaşılmaz oldu"

23 Oktyabr 2020 14:50 Qarabağ 1 236
"Qurban Qurbanovun bu qərarı mənim üçün anlaşılmaz oldu"

"İsrail klublarına qarşı bizimki alınmır ki, alınmır.

Vaxtilə "Xəzər-Lənkəran" iki oyunda 10 (ya daha çox) qol yedi. "Neftçi" son 10 ildə iki dəfə rüsvay oldu. "Simurq" da o vaxtı asanlıqla yenildi".

Sportinfo.az xəbər verir ki, bu sözləri futbol agenti Erkin İbrahimov deyib. O, Avropa Liqasının qrup mərhələsində ötən gecə keçirilən "Makkabi" - "Qarabağ" oyunu (1:0) barədə fikirlərini bildirib:

""Makkabi" daha üstün göründü. Erkən qol vurdular, taktiki planda çox düzgün oynadılar. "Qarabağ"ın ən təhlükəli futbolçularını (Zubir ilə Xaymenı) neytrallaşdırdılar.

Düzdür, Ovusu ilk dəqiqələrdən oynasaydı, bəlkə də 1 xal gətirmək olardı. Son vaxtlar da formadadır. Qurban Qurbanovun hücümçusuz oynamaq qərarı mənim üçün anlaşılmaz oldu.

Ümümlikdə isə "Makkabi" əla təşkilatlanmış bir komandadır. "Sivasspor"u da udub qrupdan çıxa bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti