"Əmrinizdəyik, cənab Ali Baş Komandan" - "Qarabağ" və "Qəbələ"dən birgə müraciət

17 Oktyabr 2020 16:28 Qarabağ 564
"Əmrinizdəyik, cənab Ali Baş Komandan" -

Azərbaycan Premyer Liqasının VI turunun daha bir oyununda Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”la “Qəbələ” arasında keçirilən matçın tribunalarını “Qarabağ Azərbaycandır!” pankartı və Azərbaycan bayraqları bəzəyib. Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.

Futbolçular əllərində “Əmrinizdəyik, cənab Ali Baş Komandan” pankartı ilə Azərbaycan himnini oxuyublar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu