Baş məşqçisini dəyişdi, iki yerdə işləyəcək – "Qarabağ"ın diqqəti onda olsun

22 Sentyabr 2020 13:54 Qarabağ 794
Baş məşqçisini dəyişdi, iki yerdə işləyəcək – "Qarabağ"ın diqqəti onda olsun

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Polşa "Legiya"sında baş məşqçi dəyişikliyi olub.

Sportinfo.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda serbiyalı baş məşqçi Aleksandr Vukoviçlə yollarını ayırıb.

Onun əvəzinə bu postda Polşanın U-21 yığmasının baş məşqçisi Çeslav Mixneviç gətirilib. O, müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq.

Çeslav Mixneviç 2017-ci ilin iyulunda U-21 komandasının baş məşqçisi təyin edilib. 50 yaşlı mütəxəssisin rəhbərliyi altında həmin il komanda Polşa millisi pley-offda Portuqaliyaya qalib gəlib və 1994-cü ildən sonra ilk dəfə Avropa çempionatına vəsiqə qazanmağa müvəffəq olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"