“Qarabağ”ın mümkün rəqibinin sayı 6-ya endi - ONLAR

18 Sentyabr 2020 11:37 Qarabağ 1 161
“Qarabağ”ın mümkün rəqibinin sayı 6-ya endi - ONLAR

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, UEFA püşkatmadan öncə komandaları qruplara bölüb.

Üçüncü qrupda yer alan Ağdam təmsilçisi “Şerif” (Moldova) / “Dandolk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları) / “Dinamo” (Tbilisi, Gürcüstan) və “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütündən birinə rəqib olacaq.

Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün mübarizəyə Avropa Liqasında davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!