Rayon rəhbəri: "Qarabağ"ı 100 faiz buna gətirib çıxaracağıq"

19 May 2020 14:22 Qarabağ 908
Rayon rəhbəri: "Qarabağ"ı 100 faiz buna gətirib çıxaracağıq"

"Qarabağ"sevərlər illərdir komandanın mövsüm ərzində, heç olmasa, bir neçə oyunu Quzanlıda keçirməsini arzulayır.

Vaqif Həsənovun Ağdama icra başçısı təyin olunmasından sonra "Qarabağ" rəhbərliyi ilə rayon rəhbərliyi arasında yaxşı münasibətlər yaranıb.

Bunu qarşı tərəf də dəfələrlə dilə gətirib. Belə xoş münasibəti nəzərə alaraq, Ağdamda yaşayan əhali "Qarabağ"ın Quzanlıya qayıtmasına ümid edə bilərmi?

İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sportinfo.az-a açıqlamasında bunları deyib: "100 faiz ümid edə bilərlər. Allah qoysa, biz buna nail olacağıq.

"Qarabağ" rəhbərliyi ilə apardığımız danışıqlar və onların bizimlə olan isti münasibəti100 faiz buna gətirib çıxaracaq. "Qarabağ"ın il ərzində bir və ya bir neçə oyununu Quzanlı qəsəbəsində yerləşən stadionda keçirməsinə 100 faiz nail olacağıq.

Çünki hər iki tərəfdə buna istək var. İnşallah, biz bu məsələdə "Qarabağ" azarkeşlərini sevindirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”