İtaliya klubu Azərbvycan çempionuna "yaşıq işıq" yandırır?

8 May 2020 13:12 Qarabağ 1 032
İtaliya klubu Azərbvycan çempionuna "yaşıq işıq" yandırır?

“Qarabağ”ın yenidən heyətinə qatmaq istədiyi Asmir Beqoviçin “Milan”dakı aqibəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper İtaliya klubunda qalmayacaq.

“Rossonyerlər” qış fasiləsində icarəyə götürdükləri Bosniya və Herseqovina millisinin üzvünü saxlamaqda maraqlı deyil. Bu üzdən Beqoviç mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Bornmut”a qayıdacaq.

Lakin onun Premyer Liqa təmsilçisində qalıb-qalmayacağı təkliflərdən asılı olacaq. Qeyd edək ki, Asmir Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!