"Qarabağ" üçün UEFA-dan gələn maraqlı YENİ XƏBƏR

18 Mart 2020 21:20 Qarabağ 1 453
"Qarabağ" üçün UEFA-dan gələn maraqlı YENİ XƏBƏR

UEFA prezidenti Aleksander Çeferin Avropa liqalarında koronavirusla bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qrum rəhbəri mövsüm başa çatmadan heç bir komandanın çempion elan edilməyəcəyini bildirib:

“Bu xəbərləri mən də oxumuşam. Hamısı uydurmadır. UEFA hansısa komandanın indidən çempion elan edilməsini təklif etməyib. Heç bir federasiyaya belə bir tapşırığımız yoxdur. Biz çalışırıq ki, liqalar sona qədər tamamlansın”.

Bir neçə gündür mətbuatda UEFA-nın ölkə liqalarını dayandıracağı və lider olan komandaları çempion elan ediləcəyi yazılırdı. Bunların arasında Premyer Liqamızın lideri “Qarabağ”ın da adı var idi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!