Qurban Qurbanovun bir gözü bu gəncdədir

12 Mart 2020 16:00 Qarabağ 1 514
Qurban Qurbanovun bir gözü bu gəncdədir

«Qəbələ»nin yetirməsi İdris İnqilablı yayda «Qarabağ»a keçə bilər.

Sportinfo.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi Qurban Qurbanovun diqqətini çəkib.

Cari mövsümdən «qırmızı-qaralar»ın əsas komandasında özünü göstərməyə başlayan 2001-ci il təvəllüdlü futbolçu hazırda təcrübəli mütəxəssisin nəzarətindədir. Qurbanov onun oyununu izləməklə yanaşı, şəxsi keyfiyyətlərini də incələməyə alıb.

«Qarabağ» 2 il öncə Hacıağa Hacıyevin transfer hüququnu almaq üçün «Qəbələ»yə 200 min manat ödəyib.

Əyalət təmsilçisinin İdrisə görə nə qədər təzminat istəyəcəyi hələ məlum deyil. Maraq üçün qeyd edək ki, o, əslən ağdamlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu