"Qarabağ" braziliyalı üçün 1,5 milyon avro ödəyə biləcək?

28 Fevral 2020 10:24 Qarabağ 1 696
"Qarabağ" braziliyalı üçün 1,5 milyon avro ödəyə biləcək?

“Qarabağ”ın müdafiəçisi Aylton Ferreyranın komandadan ayrılacağı iddia edilib.

Sportinfo.az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, Ağdam təmsilçisinin futbolçunu transfer edəcəyi real görünmür.

Buna səbəb, klubun Ailton üçün 1,5 milyon avro ödəyə bilməyəcəyi göstərilib. 24 yaşlı müdafiəçinin komandadan ayrılacağı qeyd olunsa da, onun “Ştuttqart"a dönəcəyinin inandırıcı olmadığı vurğulanır.

Ailton Ferreyra ötən mövsümdən icarə əsasında “Qarabağ”da çıxış edir. O, müqavilə ilə "Ştutqart"a məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu