"Qətiyyən, kimisə alçaltmaq niyyətim olmayıb"

24 Fevral 2020 12:16 Qarabağ 641
"Qətiyyən, kimisə alçaltmaq niyyətim olmayıb"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir sualları cavablandırıb.

- Əvvəlki oyunlarla müqayisədə oyuna adət etdiyimiz kimi başlamadıq. Tədricən oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissə daha maraqlı oldu. Çoxlu qol vəziyyəti yaratdıq. İstənilən halda, bizim üçün çətin keçdi.

- İkinci hissədə real qol epizodu qaçırtdın.

- Futboldur, bəzən hər epizodu dəyərləndirmək olmur. Məsələn, ötən tur “Zirə”yə qarşı matçda demək olar, bütün epizodlardan maksimum istifadə etdik. Ancaq bu dəfə yalnız birindən yararlandıq. Üzərimizdə çox işləməliyik ki, gələn oyunlarda qol şanslarını əldən verməyək.

- Tez-tez yerdə qalırsan. Həqiqətən zədələnirsən, yoxsa adət etmisən?

- Xeyr, məndə elə xasiyyət yoxdur ki, vaxt uzadım. Bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Məcburiyyətdən meydana girdim. 10 nəfərlə qalmışdıq, amma dəhşətli ağrılar keçirirdim.

- Çox epizodda çalışırsan ki, rəqibi aldadıb qol vurasan. Bu, özünəinamda irəli gəlir, yoxsa rəqibi saymırsan?

- Qətiyyən, kimisə alçaltmaq niyyətim olmayıb. Uşaqlıqdan alışdığım oyun tərzimdir. Qalib gəlsək də, uduzsaq da, həmişə belə oynamışam. Hamıya hörmətlə yanaşıram.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı