La Liqa klubunun hücumçusu "Qarabağ"da!

20 Yanvar 2020 11:48 Qarabağ 2 136
La Liqa klubunun hücumçusu "Qarabağ"da!

"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu "Leqanes"in hücumçusu Kvabena Ovusu ilə anlaşıb. Klublar arasında da razılıq əldə olunduğu bildirilir. Futbolçunun yaxın günlərdə Azərbaycan çempionunun düşərgəsinə qoşulacağı və rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Ölkəsində "Akkra" klubunun yetirməsi olan qanalı forvard cari mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub. İspaniya karyerasına 2016-cı ildə "Toledo" ilə başlayan 22 yaşlı futbolçu 1 il sonra "Leqanes"ə transfer olunub.

Bu komandanın heyətində heç bir oyun keçirməyən gənc forvard daha sonra növbə ilə "Ovyedo", "Kartagena" və "Salamanka"ya icarəyə verilib. "Salamanka"nın heyətində oynadığı 20 matçda 10 qol vuran hücumçu ötən ildən Qana millisinə də dəvət alır. O, 3 dəfə yığmanın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti