"Qarabağ" Kadi Borgeslə bağlı sərt qərardan şikayət etməyəcək

6 Sentyabr 02:00 Qarabağ 1 637
"Qarabağ" Kadi Borgeslə bağlı sərt qərardan şikayət etməyəcək

"Qarabağ" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən bildirilib.

"Köhlən atlar" qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalandırıb.

Braziliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.

Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM