Növbəti dəfə “Qarabağ” rəhbərliyinə ağız açdı -  Sevgilim üçün darıxıram, təklifim var

14:00 Qarabağ 321
Növbəti dəfə “Qarabağ” rəhbərliyinə ağız açdı -  Sevgilim üçün darıxıram, təklifim var

Mateuş Koxalski növbəti dəfə «Qarabağ» rəhbərliyinin qapısını döyüb.

2024-cü ilin yayından «köhlən atlar»ın formasını geyinən polşalı qapıçı buradan ayrılmaq istədiyini bildirib.

2000-ci il təvəllüdlü kiper niyyətinin vətənində oynamaq olduğunu bildirib.

Ötən mövsüm Çempionlar Liqasında xaruqələr yaradan «əlcək sahibi» bir neçə ay öncə nişanlandığı qızdan ötrü darıxdığını, onsuz qala bilmədiyini etiraf edib, həmçinin Ekstraklassadan dəvət aldığını söyləyib.

Polyak deyib ki, qarşı tərəf «Qarabağ»la danışıqlar aparmağa hazırdır, təki transfer təklifi ciddi qarşılansın.

Ağdam təmsilçisi bu yay Martin Zlomisliçi sıralarına qatıb. Bosniya və herseqovinalının "Riyeka"dan (Xorvatiya) alınması elə Mateuş Koxalskinin tez-tez «getmək istəyirəm» deməsiylə əlaqədardır.

O, demək olar ki, 8-9 aydır ki, bu mövzuda danışır, media vasitəsilə Qurban Qurbanova mesajlar göndərir. Təbii ki, bütün bunlar vaxtında baş məşqçinin qulağına çatır.

Azərbaycanın bir nömrəli futbol mütəxəssisinin reaksiyası? Ən qısa tarixdə bilinməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti