“Qarabağ” onun üçün 1 milyon avro da verəcək - Bu şərtə əsasən

12:40 Qarabağ 244
“Qarabağ” onun üçün 1 milyon avro da verəcək - Bu şərtə əsasən

“Qarabağ” Dieqo Rosanın keçidini tamamlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəminin keçidinin detalları müəyyənləşib.

APOEl ilə razılığa əsasən, “Qarabağ” 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb.

Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində olacaq.

Həmin məbləğin 500 mini APOEL-ə, 500 mini isə sabiq klubu “Bahia”ya çatacaq.

Bundan başqa, müqavilədə yer alan bəndə əsasən, oyunçunun gələcək satışından APOEL də pay əldə edəcək.

images 12 4 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti