“Siz bu Qurban Qurbanovu və “Qarabağ”ı gələn yay görərsiz, şükür edək ki…“

17:40 Qarabağ 120
“Siz bu Qurban Qurbanovu və “Qarabağ”ı gələn yay görərsiz, şükür edək ki…“

“Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan “Sabah”ın uğuru göstərdi ki, Azərbaycan çempionu olmasının avrokuboklarda nə qədər üstünlüyü var”.

Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış jurnalist qitənin ən mötəbər yarışında mübarizə aparacaq “Sabah“ın ünvanına müsbət fikirlər səsləndirib.

Həmçinin son vaxtlar müxtəlif tənqidlərə məruz qalan “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanovu müdafiə edib:

“Çempionlar Liqasında təsadüfü uğursuzluq olsa belə, mübarizəni Avroliqa , ən pis halda, Konfrans Liqasında davam etdirə bilirsən.

Deməli, 9 ay var gücünü qoyub Azərbaycan çempionluğunu qazanmalısan ki, Avropada çıxışın zəmanətli və sığortalı olsun.

“Qarabağ” erası və dövrü bitdi” deyənlər, məncə, böyük səhv edir.

Bu, bizim tanıdığımız Qurban Qurbanovdursa, səhvlərdən, dərslərdən nəticə çıxarıb daha güclü komandayla geri qayıdacaq. “Sabah”ın varlığı, “Neftçi”nin dircəlişi də bu prosesə təkan verəcək.

12 il ardıcıl qruplarda oynayan, Portuqaliyanın, Brazliyanın aşağı liqalarından heç kımin tanımadığı oyunçuları tapıb, Avropada milyonluq futbolçulara çevirən adam haqqında “o, məşqçi deyil” demək baıboşluğun, beyinsizliyin əyani göstəricisidr.

Siz bu Qurbanovu və “Qarabağ”ı gələn yay görərsiz. Və həm də şükür edək ki, “Sabah” var”.

Digər Xəbərlər
Xəbər Lenti