Asmir Beqoviç: "Qarabağ"da qalmaq istəyirəm"

2 Dekabr 2019 22:27 Qarabağ 958
Asmir Beqoviç: "Qarabağ"da qalmaq istəyirəm"

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın 13-cü turu çərçivəsində "Sabah"a qarşı keçirilən görüşdən sonra Sportinfo.az-a müsahibə verib:

- Matçla bağlı nə deyəcəksən?
- Çətin oyun oldu. Oyunboyu kollektiv mübarizə apardıq. Bəxtimiz gətirsəydi daha çox qol vurub, daha rahat qələbə qazanacaqdıq. Baxımlı qol vurduq və vacib xal qazandıq.

- Uzun zaman sonra “Qarabağ”ın qələbə qazanması haqda nə deyəcəksən?
- Bu gün yaxşı mübarizə apardıq. Bir az da bəxt üzümüzə güldü.

- Hava şəraiti sizə çətinlik yaradırdı?
- Bəli, yağış, külək var idi deyə çətin olurdu. “Sabah” yaxşı təşkilatlanmış komandadır. Bizə qarşı da təşkilatlanmış şəkildə oynadılar.

- 3-4 gün əvvəl “Ramon Sançez Pisxuan”da “Sevilya”ya qarşı oynadınız, indi isə Masazırda “Sabah”a qarşı. Oyuna köklənmək çətin deyilki?
- Bunlar tam fərqli çağırışlardır. Hər oyun bizim üçün önəmlidir. Artıq daxili oyunlara köklənməliyik və oyunlarda qalib gəlməliyik.

- “Qarabağ”dan ayrılacağı deyilir. Qışda komandadan ayrılacaqsan?
- Burada elə bir şey yoxdur. Onsuzda icarə müddətdim yanvarın 1-nə kimi idi. İcarə müddəti bitəndən sonra İngiltərəyə qayıtmalı idim. Ancaa mən özüm “Qarabağ”da da uzun müddət qalmaq istəyərdim.

- “Qarabağ”da qalmaq istəyirsən?
- Təbii ki, qalmaq istəyərdim. Baş məşqçim, komanda yoldaşlarım yaxşı insanlardır, güclü komandamız var. Bakı gözəl şəhərdir. Burada qalmaq istəyərdim. Amma bu mənim istəyimdən asılı olan bir şey deyil. “Bornmut” və “Qarabağ” arasında olan məsələlərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!