“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub:
"İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram. Rəqibin fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı".
Qurbanov "avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilibmi?" sualını bu cür cavablandırıb: "Çox yadımıza salsaq ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq".