"Bakıdakı oyun heç nəyi həll etməsə də..." - "Düdelanj"ın kapitanı

30 Noyabr 2019 15:57 Qarabağ 728
"Bakıdakı oyun heç nəyi həll etməsə də..." -

“Düdelanj”ın kapitanı Conatan Juber Sportinfo.az-a açıqlama verib.

Lüksemburq klubunun təcrübəli futbolçusu Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Onun sözlərinə görə matç təsəlli xarakteri daşısa da, gərgin keçəcək:

“Bilirdik ki, beşinci turda hər şey ola bilər. APOEL-lə oyunda qələbə qazanmaq istəyirdik. Çünki qrupdan çıxmaq şansımız var idi. Bizim APOEL-ə qalib gəlməyimiz "Qarabağ" üçün də sərfəli idi. Amma uduzduq. Son turda “Qarabağ”la qarşılaşacağıq. Görüş heç nəyi həll etməsə də, meydana yaxşı nəticə üçün çıxacağıq. “Qarabağ” evdə qalib gəlmək istəyəcək. Ancaq biz də əlimizdən gələni edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM