
Sportinfo.az xəbər verir ki, son günlər "Qarabağ”ın futbolçusu Leandro Andradenin yayda komandanı tərk edəcəyi deyilir.
Buna səbəb kimi “Beşiktaş”la “Fənərbaxça”nın yarımmüdafiəçiyə marağı göstərilir.
Hətta deyilənə görə, Türkiyə klubları Andrade üçün “Qarabağ”la danışıqlara başlayıb. Görəsən, bu xəbər nə dərəcədə doğrudu?
Bu suala cavab tapmaq üçün təcrübəli menecer Tural Əsgərovla danışdıq (football-plus.az):
"Beşiktaş" və "Fənərbaxça"nın Andradeyə və ya "Qarabağ" hansısa futbolçusuna marağı yoxdu.
Belə deyim: Türkiyənin böyük klublarının Azərbaycanda oynayan futbolçuya marağı olduğunu oxuyursuz və ya eşidirsizsə, bilin ki, çox güman, yalandı.
Türkiyənin böyük klubları Azərbaycandan başqa dünyanın hər yerindən futbolçu götürər. Bunun nədən qaynaqlandığını bilmirəm.
Amma bizə qarşı yuxarıdan aşağı münasibət var. Elə bil onların pisinə gəlir ki, Azərbaycan nədi biz ordan futbolçu götürək.
15 illik təcrübəmdə bunu görmüşəm, hiss etmişəm. Diqqət də yetirsək, görərik ki, indiyə qədər həmin böyük klublara nəinki azərbaycanlı oyunçu, heç klublarımızdan legioner futbolçu da transfer olunmayıb".