COP29

Türkiyə klubunun qapıçısı "Neftçi"yə son sözünü dedi - Gəlir, ya gəlmir?

24 May 10:40 Qarabağ 4 863
Türkiyə klubunun qapıçısı "Neftçi"yə son sözünü dedi - Gəlir, ya gəlmir?

«Neftçi» ilə Şahruddin Məhəmmədəliyev arasında danışıqlar başa çatıb.

«Ağ-qaralar»ın dəvət göndərdiyi qapıçı Türkiyədən Azərbaycana qayıtmaqdan imtina edib.

Ötən ilin yayından üzü bəri «Adana Dəmirspor»un formasını geyinən sabiq «Qarabağ»lı bu tezliklə Premyer Liqaya dönmək istəmədiyini bildirib.

Adana təmsilçisi ilə 2025-ci ilin yayınadək qüvvədə olan millimizin «1 nömrə»si karyerasını elə Super Liqada davam elətdirməyi planlaşdırdığını söyləyib.

«Adana Dəmirspor» dərin krizis içindədir. Aylardır maliyyə böhranı yaşayan klub futbolçular qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. «Şah» da onların içindədir.

Keçən müddət ərzində cəmi 3-4 dəfə maaş alıb. «Neftçi» isə ona kifayət qədər yüksək məbləğ təklif elmişdi. Razılaşsaydı, 2+1 illik kontrakta imza atılacaqdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"