"Qara "Neftçi"yə pula görə getməyib və başqa bir futbolçu təhqir edilsəydi…" - VİDEO

16 Aprel 16:00 Qarabağ 449
"Qara "Neftçi"yə pula görə getməyib və başqa bir futbolçu təhqir edilsəydi…" - VİDEO

"Başqa bir futbolçu təhqir edilsəydi, bu qədər əks-səda doğurmazdı. Qara elə "Qarabağ"ın özüdür, tarixidir, övladıdır".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, "Qarabağ"ın bir qrup azarkeşi tərəfindən təhqirə məruz qalan "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevin müdafiəsinə qalxıb.

Tanınmış telejurnalist bildirib ki, mövsümlərarası fasilədə klubunu dəyişən millinin eks oyunçusu bu cür münasibətə layiq deyil:

"Qara 18 il "Qarabağ"da çıxış edib. Aşağı yaş qruplarından əsas komandaya yüksəlib.

"Qarabağ"ın bütün çempionluqlarında iştirak edib. O, burada 400 oyun keçirib və bu, elə-belə rəqəm deyil.

"Neftçi" Qaranı illərdir istəyirdi, getmirdi. Qara "Neftçi"yə pula görə getməyib. "Qarabağ"da qalsaydı, indikindən daha çox qazanacaqdı".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU