Kadi ilə bağlı ƏN SON XƏBƏR - “Qarabağ”ın direktoru AÇIQLADI

14 Aprel 22:05 Qarabağ 14 277
Kadi ilə bağlı ƏN SON XƏBƏR - “Qarabağ”ın direktoru AÇIQLADI

Son günlər mətbuatda Kadi Borgesin karyerasını “Qarabağ”da davam etdirəcəyi barədə xəbərlər yayılmaqdadır.

Braziliyalının “Krasnodar”da xoşbəxt olmaması, az maaş müqabilində Azərbaycanda oynamaq istəməsi, hətta bununla bağlı Rusiya klubunun baş məşqçisi Murad Musayevdən xahiş olması haqda informasiyalar tirajlanır.

Futbolçunun agenti müştərisinin “Krasnodar”da özünü xoşbəxt hiss etdiyini bildirsə də, səbəbkar indiyə qədər heç bir açıqlama ilə diqqət çəkməyib.

Məsələyə aydınlıq gətirmək, ən son bilgiləri əldə etmək üçün “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıqla, məlum oldu ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Biz də bu kimi məlumatları saytlarda, sosial şəbəkələrdə oxuyuruq və təəccüblənirik. Düşünürəm ki, bu cür xəbərlər haradan çıxır?

Kadinin özü və meneceri ilə heç bir rəsmi və ya qeyri-rəsmi danışığımız olmayıb. Nə danışmışıq, nə də görüşmüşük.

Ümumiyyətlə, bu mövzu barədə müzakirə də aparılmayıb. Kadi “Krasnodar”ın futbolçusudur və adı “Qarabağ”ın transfer siyahısında yoxdur. Bizə bu yöndə nə tələb olub, nə də təklif”.

27 yaşlı futbolçu cari mövsümdə Rusiya Premyer Liqasında və ölkə kubokunda meydana çıxdığı 26 oyunda 4 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti