Hazırda elçisi olmayan ispan: “Qarabağ” böyük və əla klubdur”

13 Aprel 23:20 Qarabağ 4 081
Hazırda elçisi olmayan ispan: “Qarabağ” böyük və əla klubdur”

Xayme Romero "Qarabağ"da keçirdiyi dönəmdən danışıb.

Sportinfo.az xəbər verir ki, "El Periódico de Aragon"a açıqlama verən Ağdam klubunun ispaniyalı sabiq vingeri ötən günləri xoş sözlərlə xatırlayıb.

"Karyeramın Azərbaycan və İrandakı perioduna görə peşmanam? Təbii ki, Azərbaycandakı karyerama görə qəti peşman deyiləm.

Əksinə, "Qarabağ"a lap əvvəl keçmədiyimə görə daha çox təəssüflənirəm. Bu, həyatımın ən yaxşı dövrlərindən idi.

Əla vaxt keçirdim və futbol səviyyəsində həmişəkindən daha yaxşı idim. “Qarabağ” böyük və əla klubdur.

Sadəcə, dizimdən zədələndim. İran haqqında eyni şeyi deyə bilmərəm, baxmayaraq ki, ölkədə mənə çox yaxşı münasibət bəsləyirdilər, amma orada futbol sarıdan alınmadı".

Özümə daha yaxşı baxsaydım, zədədən qaçmaq mümkün idi? Bu, böyük cəfəngiyatdır.

“Qarabağ”dakılardan soruşsanız, deyərlər ki, mən sözün əsl mənasında idman zalında yaşamışam, heç çölə çıxmamışam. Bütün günü futbolla məşğul idim".

“Saraqosa”, “Udineze”, “Osasuna”, “Kordova”, “Luqo”, “Kartaxena”, “Orduspor”, “Bari”, “Albasete”də oynamış 33 yaşlı futbolçu hazırda klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU